Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
11:39
AP Azərbaycandakı prezident seçkiləri ilə bağlı qərarını açıqladı

Avropa Parlamenti Azərbaycanda baş tutacaq prezident seçkilərini müşahidə etməyəcək. Bu barədə AP mətbuat xidməti  məlumat yayıb.

Məlumatda deyilir ki, Avropa Parlamenti nə seçki prosesini müşahidə edəcək, nə də ondan sonra elan olunacaq nəticələrlə bağlı şərh verəcək:

“AP heç bir üzvünə qurum adından müşahidəçi olmaq üçün rəsmi mandat verməyib. Buna görə də, hər hansı deputatın istənilən müvafiq addımı şəxsi təşəbbüs hesab ediləcək”. 

AP bəyan edib ki, Azərbaycanla qurum arasındakı münasibətlərə dair hesabat plenar iclasda müzakirə ediləcək. Həmin qəbul ediləcək sənəd seçki ilə bağlı AP-nin rəsmi mövqeyini əks etdirəcək.

Qeyd edək ki, Avropa Parlamentinin bu qərarı martın 18-də Rusiyada baş tutacaq prezident seçkilərinə də şamil edilib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Avropa Parlamenti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 12:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com