Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
11:15
Putinin ideoloqu onun hakimiyyətini sərt tənqid etdi - VİDEO

Rusiya prezidenti Vladimir Putinin ideoloqu adlandırılan Aleksandr Duqin sensasion çıxış edib. 

Onun sözlərinə görə, hazırda Rusiyada siyasət adlandırılan anlam ümumiyyətlə yoxdur və əgər daimi prezident olan Putinin növbəti altı il hakimiyyətdə qalacağını nəzərə alsaq, əfsuslar olsun  ki, gələcəkdə ölkədə hökm sürən siyasətsizliyin aradan qaldırılmasına da umid yoxdur. 

FaktXəbər-in məlumatına görə, Duqin onu da vurğulayıb ki, ölkənin dövlət kanallarının vətəpərvərlik və milli maraqlarının qoruma metodları urək bulandırır. "Bu gün ölkədə camaatın fikiri və seçimi nəzərə alınmır: “Dövlət onlara iylənmiş və süni vətənpərvərlik ideyasını təqdim edərək bununla kifayətlənməsini istəyir. Zənnimcə, hakimiyyət ağlını itirib. Dövlət sistemləri sözün əsl mənasında  çökür və gələcək üçün heç bir perspektiv yoxdur. Lakin Rusiya ərazisinin kənarına çıxaraq Qərbdə Sorosun quldur dəstəsinin hakimiyyətdə olduğunu, oradakı gender mədəniyyətinə, eləcə də insanlıq və ailə dəyərlərinin məhv olduğunu nəzərə alsaq, Rusiyanın vəziyyətinə şükür etmək istəyirsən." 

Sonda Aleksandr Duqin bildirib ki Rusiyada yaranmış bu çətin durumdan tək çıxış yolu vətəndaşların alternativ, yəni ağlını itirmiş dövlətə bağlı olmayan mədəniyyət və dəyər  qurmaqdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Duqin Putin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 13:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com