Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
10:42
İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq

Yeni yaradılan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlər üzrə də mütəxəssislərin hazırlanması planlaşdırılır.

FaktXəbər-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-in sorğusuna cavab olaraq bildiriblər.

Komitədən qeyd edilib ki, institutun bu ilin sentyabr ayından etibarən fəaliyyətə başlaması nəzərdə tutulub:

"Hazırda institutun nizamnaməsinin hazırlanması üzərində iş gedir. Bu işlər yekunlaşmaq üzrədir. Tələbə qəbuluna gəldikdə isə bu məsələ müzakirə mərhələsindədir. Onun həlli istiqamətində işlər aparılır".

DQİDK-dan qeyd edilib ki, İlahiyyat İnstitutunda tədris prosesinə xaricdə təhsil almış azərbaycanlılarla yanaşı, gələcəkdə xarici mütəxəssislərin də dəvət edilməsi nəzərdə tutulub. Hazırda institut üçün binanın müəyyənləşdirilməsi prosesi də davam edir. Bu məsələ ilə Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olur.

Qeyd edək ki, Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İlahiyyat İnstitutu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 07:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com