Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
10:26
İşığı bələdiyyə çəkəcəksə, “Azərişıq” nəyə lazımdır?

“8 aydır ki, olmazın əziyyətini çəkirik. Yaşadığımız ərazidə “Azərişıq” ASC tərəfindən şəbəkə qurulmadığından evlərimizdə elektrik enerjisindən istifadə edə bilmirik. ASAN xidmət mərkəzinə də müraciət etmişik. Orada əyləşən "Azərişıq" nümayəndəsi bildirir ki, "Azərişıq" ASC-nin bu qəsəbədə şəbəkəsi olmadığından bu iş alınmır.”

FaktXəbər-in məlumatına görə, bu barədə Sumqayıt şəhər Kimyaçılar qəsəbəsi ərazisində yaşayan 40 nəfərdən çox sakinin Azərbaycan Prezidenti İlham Əliyevə və əlaqədar orqanlara müraciətində deyilir.

Müraciətdə daha sonra deyilir:

“Hər birimizə məxsus tikilinin eskiz layihəsi və lisenziyası var.

Biz Sumqayıt şəhərinin günü-gündən gözəlləşdiyinin, inkişafının şahidiyik.

Lakin biz evimizdə odunla isinirik. Uşaqlarımız dərslərini şam işığında oxuyur. Bu problemlə bağlı “Azərişıq” ASC-yə rəsmi qaydada müraciət də etmişik. 1 aydan da çox vaxt keçməsinə baxmayaraq, problem həll edilmir. “Azərişıq” ASC-nin Ruslan adlı əməkdaşı bizə telefonla bildirdi ki, “qəsəbə ilə yarımstansiya arasında 600 metrdir, şəbəkə qurulma xərci çoxdur, 30 ədəd dayaq lazımıdır, bundan da başqa bu işlər Sumqayıt şəhər bələdiyyəsi tərəfindən görülməlidir”

Həmin əməkdaşa bu haqda dövlət başçısına və digər orqanlara şikayət edəcəyimizi də bildirdik, ondan “bu sizin hüququnuzdur, özünüz bilərsiniz” cavabını aldıq. Maraqlıdır, harada görünüb ki, bələdiyyə  vətəndaşlara şəbəkə qursun?

Respublikada elektrik enerjisi sisteminin yenidən qurulması və inkişafı üçün dövlət başçısının sərəncamları əsasında dövlət büdcəsindən kifayət qədər vəsait ayrlıb. Bu işlər bələdiyyə tərəfindən görüləcəksə, işıq idarəsi nə üçündür?  Ölkənin ən ucqar kəndlərində işıq var. Respublikanın iri sənaye şəhəri olan, günü-gündən inkişaf edən Sumqayıtda Kimyaçılar qəsəbəsində insanların işıqsız olmasını təsəvvür etmək mümkün deyil.

İnsanlar qarşıdan gələn Novruz bayramının gəlişini bayram edir, biz evlərimizdə işığın yanmasını arzulayırıq.

Sizdən xahiş edirik qəsəbəmizdə şəbəkə qurulmasında bizdən öz köməyinizi əsirgəməyəsiniz.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61979

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59731

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61393

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61060

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66533

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60797

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61033
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2021 07:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru