Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2018
14:45
NATO-dan Türkiyəyə S-400 xəbərdarlığı

NATO Hərbi Komitəsinin rəhbəri Petr Paul Türkiyəyə Rusiyadan alınması nəzərdə tutulan S-400 "Triumf"  zenit-raket sistemi barədə xəbərdarlıq edib.

FakrXəbər-in RT-yə istinadən məlumatına görə, o bildirib ki, Rusiyadan alınacaq anti-raket sistemi ittifaqın texnologiyası ilə uyğun deyil və sistem yalnız müstəqil işlədilə bilər. 

Paul bildirib ki, Türkiyənin sözügedən ZRK-nı alması rus mütəxəssislər türk hərbçilərə təlim keçməsi ilə də əhatələnəcək. Və onlar vacib kəşfiyyat məlumatlarına çıxış əldə edə bilərlər ki, bunu da gələcəkdə Rusiya hökumətinə ötürə bilərlər. 

Xatırladaq ki, Rusiya və Türkiyə S-400 komplekslərinin tədarükü üçün kredit müqaviləsi imzalayıblar. 2017-ci ilin sentyabr ayında isə Türkiyə tərəfi S-400 təchizatı üçün müqavilə üzrə ilk ödəniş edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : S-400 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 03:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com