Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2018
13:35
Rəhbər vəzifədə işləmək istəyənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) 11 dövlət orqanında inzibati vəzifələrin 4–6-cı təsnifatlarına uyğun olan 200 vakant rəhbər vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

Mərkəzdən verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək.

Ən yüksək vəzifələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparatında şöbə müdiri və şöbə müdirinin müavini, Səhiyyə Nazirliyinin Aparatında şöbə müdirinin müavini və mərkəzi icra hakimiyyəti orqanlarının regional bölmərində bölmə müdirinin müavini ve sektor müdirləri vəzifələridir.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Vakansiyalar Prezidenti yanında Ali Attestasiya Komissiyası (3 vəzifə üzrə 3 yer), Səhiyyə Nazirliyi (3 vəzifə üzrə 3 yer), Kənd Təsərrüfatı Nazirliyi (172 vəzifə üzrə 172 yer), Təhsil Nazirliyi (1 vəzifə üzrə 1 yer), Mədəniyyət və Turizm Nazirliyi (10 vəzifə üzrə 10 yer), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (2 vəzifə üzrə 2 yer), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (1 vəzifə üzrə 1 yer), Gənclər və İdman Nazirliyi (3 vəzifə üzrə 3 yer), Əmlak Məsələləri Dövlət Komitəsi (1 vəzifə üzrə 1 yer),Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (3 vəzifə üzrə 3 yer), Dövlət Statistika Komitəsi (1 vəzifə üzrə 1 yer) üzrədir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rəhbər vəzifə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 07:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com