Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2018
12:51
2963
BMT rəsmisi: Arakanlı müsəlmanlara qarşı soyqırım aparılır

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Zeyd Raad Əl-Hüseyn BMT İnsan Haqları Şurasının 37-ci iclasındakı çıxışında Banqladeşə sığınmaq məcburiyyətində qalan 900 min arakanlı müsəlman və Myanmarda qalan müsəlman cəmiyyətinə yönəlik ciddi narahatlıqlarının davam etdiyini bildirib.

FaktXəbər-in məlumatına görə, Hüseyn, "Ofisim (İnsan Haqları Şurası Ofisi) Arakan əyalətində hazırda etnik təmizliyin davam etdiyinə inanır", - deyib.

Myanmar hökumətinin buldozerlə kütləvi məzarların üzərindən keçmək yolu ilə şüurlu olaraq insanlığa qarşı törədilən cinayətlərin, o cümlədən törədilən mümkün beynəlxalq cinayətlərin sübutlarını yox etməyə çalışdığı xəbərdarlığını edən Hüseyn belə danışıb:

"Qurbanlar təhlükəsizlik qüvvələri və yerli silahlı qruplaşmalar tərəfindən cinayət, təcavüz, işgəncə və qaçırılma hadisələrinə məruz qaldıqlarını, ərzaq əldə edilməsinə mane olmaq vasitəsilə arakanlı müsəlmanların qəsdən ac qoyulduğunu bildirdilər. Bu Şuranın də bildiyi kimi, ofisimin Arakan əyalətində avqust ayından bu yana soyqırım aktlarının baş verdiyinə dair güclü şübhələri var".

Hüseyn İnsan Haqları Şurasına müraciət edərək Myanmarda arakanlı müsəlmanlara qarşı törədilən cinayətlərin günahkarlarının aşkara çıxarılaraq mühakimə olunması üçün yeni müstəqil və bitərəf mexanizm yaradılmasına çağırış edib.

BMT-nin açıqladığı son məlumatlara görə, 25 avqust 2017-ci ildən bu yana Myanmardakı zorakılıqdan qaçan təxminən 700 min arakanlı müsəlman Banqladeşə sığınıb. Arakanda 1970-ci illərdə təxminən 2 milyon müsəlmanın yaşadığı bildirilsə də, sistematik hücumlardan sonra bu say 350 minə düşüb.

Beynəlxalq insan haqları təşkilatlarının yaydığı peyk görüntülərinə görə, bölgədə müsəlmanlara aid 350-dən artıq kənd yandırılıb.

Məqalədə : Arakan Myanmar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
81

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1341
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 06:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru