Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2018
11:20
Bakıda corab istehsalı müəssisəsi yaradılır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, martın 7-də bu istiqamətdə növbəti tədbir - Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirilib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, zeytun və badam emalı müəssisələrinin yaradılması, badam bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafı, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, ümumilikdə indiyədək Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 597 milyon manat güzəştli kredit verilib.

İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 5,4 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, müasir istixana komplekslərinin yaradılması, corab istehsalı, süd emalı, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 200 yeni iş yerinin açılmasına imkan yaradacaq.

Forum çərçivəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində güzəştli kredit ayrılmış corab istehsalı müəssisəsinə də baxış keçirilib. İldə 1,9 milyon cüt corab istehsal etmək gücündə olan bu müəssisədə hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Müəssisədə 40 nəfər işlə təmin ediləcəkdir.

Ümumilikdə, indiyədək ümumi dəyəri 1,3 milyard manat olan 160-dan çox müasir sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 512 milyon manat güzəştli kredit verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : corab istehsalı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 05:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com