Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2018
10:15
2035-ci ildə LNG-yə tələbat 600 milyon tona çatacaq

ABŞ-ın ən böyük ikinci neft şirkəti olan “Chevron” 2035-ci ildə mayeləşdirilmiş təbii qaza (liquefied natural gas-LNG) olan tələbatın illik 600 milyon tona çatacağını nəzərdə tutur.

FaktXəbər-in məlumatına görə, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, Avstraliyada “Gurgon” və “Wheatstone” LNG layihələrinin sahibi olan “Chevron” 2035-ci ildə dünya LNG bazarında tələbatın illik 600 milyon tona çatacağını gözləyir. Lakin 2035-ci ildə qlobal LNG bazarında təklif tələbatın yarısı qədər olacaq.

Şirkətin rəhbər şəxslərindən olan Pierre Breber deyib: “Çində LNG tələbatı kömürdən təbii qaza keçidlə əlaqədar böyük həcmdə artır. Buna görə də Çin yanvar ayında rekord həcmdə LNG idxal edib”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : maye qaz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 04:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com