Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2018
09:08
1737
Azərbaycanda dollarla əməliyyatların həcmi 1,9 dəfə azalıb

2018-ci ilin yanvar ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən artıb.

Mərkəzi Bankın statistikasına görə, 2017-ci il ilə müqayisədə bu ilin ilk ayında xarici valyuta əməliyyatlarının həcmi 1,94 dəfə artıb.

2017-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin ilk ayında dollar ilə əməliyyatlarda 1,85 dəfə artım qeydə alınıb. Belə ki, 2017-ci ilin yanvar ayında ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 193 mln. 198 min ABŞ dolları olubsa, 2018-ci ilin yanvarında 358 mln. 154,7 min manat təşkil edib.

Bu ilin yanvar ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 162 mln. 487,3 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 24,65% çoxdur. 2018-ci ilin yanvarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 195 mln. 667,4 min ABŞ dolları alınıb. Bu, 2017-ci il ilə müqayisədə 3,11 dəfə çoxdur.

Ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında banklar tərəfindən dollar alışı 0,39%, dollar satışı isə 24,65% artıb.

Bu ilin yanvar ayı ilə 2017-ci ili müqayisə edəndə məlum olur ki, hesabat dövründə də avro ilə əməliyyatlarda da 2,79 dəfə artım qeydə alınıb. Belə ki, bu ilin yanvar ayında avro ilə mübadilə əməliyyatlarının həcmi 57 mln. 709,7 min ABŞ dolları olubsa, 2017-ci ilin eyni dövründə 20 mln. 718,1 min manat təşkil edib. 2017-ci ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında avro ilə əməliyyatların həcmi isə 39,87% azalıb. Başqa sözlə, ötən ilin dekabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 95 mln. 971,6 min avro olubsa, bu ilin yanvarında bu göstərici 57 mln. 709,7 min avro təşkil edib.

Bu ilin yanvarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 45 mln. 609,4 min avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,92 dəfə çoxdur. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 12 mln. 100,3 min avro alınıb. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,02 dəfə çoxdur.

Ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda banklar tərəfindən avro alışı 2,39% azalıb, bundan fərqli olaraq avro satışı isə 0,14% artıb.

Məqalədə : dollar əmanət bank 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 10:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com