Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2018
14:42
2308
Putin: ABŞ Ukraynada bizi həyasızcasına aldatdı

ABŞ Ukraynada çevriliş zamanı Rusiyanı kobud və həyasızcasına aldadıb. FaktXəbər-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çxıış edib.

"Bizə amerikalı tərəfdaşlarımız müraciət etdi və xahiş etdilər ki, biz hər şeyi edək. Mən indi onların müraciətini sözbəsöz deyirəm. Onlar Yanukoviçin ordudan istifadə etməməsini istədilər ki, müxalifət administrativ binaları və meydanları tərk etsin, əldə olunan sazişlərin icrasına başlanılsın və vəziyyət stabilləşsin",-deyə Putin bildirib.

Rusiya prezidenti daha sonra deyib ki, ölkəsi bu təkliflə razılaşıb və bir gün sonra Ukraynada dövlət çevrilişi baş verib: "Heç olmasa zəng edərdilər, nəsə iş görərdilər, nəsə söz deyərdilər. Heç olmasa deyərdilər ki, biz bunu istəmirdik, amma belə alındı. Ancaq biz hüquqi müstəviyə qaytarmaq üçün hər şeyi edirik. Heç bir söz deyilmədi. Əksinə dövlət çevrilişi edənlərə tam dəstək verildi".

Məqalədə : Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 14:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com