Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2018
14:38
Azərbaycanda unikal əməliyyat xəstənin həyatını xilas edib

Qida borusu yanığı nəticəsində qidalanması mümkün olmayan P.M. 8 ay ərzində müxtəlif tibb müəssisəsinə üz tutsa da, onu narahat edən xəstəliyə şəfa tapılmayıb. Həkimlər təcili əməliyyat aparılmasının vacibliyini bildirsələr də, onlardan heç biri bu ağır və məsuliyyətli işin altında girməyib. Həmin əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində yerinə yetirilib.

Mərkəzdən FaktXəbər-ə verilən məlumata görə, xəstə əvvəllər başqa xəstəxanalarda müalicə almasına baxmayaraq, qida borusunda yenidən problemlər yaranmağa başlayıb. Tədricən daralma baş verməsi nəticəsində qida qəbul etmək mümkün olmayıb. Müraciət etdiyi digər mərkəzlərdə xəstənin yaşamaq ehtimalının çox az olduğunu bildirsələr də, riskli olduğu üçün açıq əməliyyatdan imtina ediblər. Mərkəzin ümumi cərrahı İlqar İsmayılov və döş qəfəsi cərrahı Elmar Məmmədovun birgə icra etdikləri əməliyyat uğurla nəticələnib.

Ümumi cərrah İlqar İsmayılov əməliyyatın mürəkkəbliyi barədə məlumat verərək deyib: “Xəstənin özəlliyi onda idi ki, qida borusundakı darlıq yuxarıdan – boyun hissəsindən başlanırdı. Cərrahi mürəkkəbliyi isə yemək borusunun plastikasının kəsilib çıxardılaraq mədə ilə əvəz olunması və mədənin boyuna çəkilməsi idi. Əməliyyat 3 bölgədə- qarın boşluğu, döş qəfəsi və boyunda aparılır. Həmin əməliyyatlar ciddi ağırlaşmalarla müşahidə olunur və xəstələrin əməliyyatətrafı dönəmlərdəki ölüm faizi çox yüksəkdir. Ona görə həmin xəstələri laparoskopik yolla əməliyyat apardıq, yəni endoskopik kəsik olmadan – qarın boşluğu açılmır, döş qəfəsində kəsik aparılmır, dəliklərdən endoskop vasitəsilə icra olunur, yemək borusu tamamilə kəsilib çıxarılır, mədədən yemək borusu düzəldilir və döş qəfəsindən çəkilərək boyuna birləşdirilir. Xəstə bir həftə ərzində sağalaraq evə buraxılır”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com