Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2018
13:09
1647
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 30-CU YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

30- DİNİ MƏSƏLƏLƏR İNSANIN AĞLINI İTİRİR 

Bəzi insanların din barədə irəli sürdükləri digər bir bəhanə dini məsələlərlə çox məşğul olmağın insanın ağlını itirməsinə səbəb olacağı fikridir. Dinin adından uydurulan məsələlərə inanan bəzi şəxslər daha sonra bu işin içindən çıxa bilmir və bəzən dindən tamamilə uzaqlaşaraq psixoloji problemlərlə üzləşir. Ancaq bunun səbəbi din deyil, yanlış dini bilgilərdir.

“Dini məsələlərə çox inanan insan ağlını itirir” inancına sahib şəxslərin həyatına baxdıqda saysız-hesabsız məsələlərə həddindən artıq diqqət yönəltdiklərini, əhəmiyyət verdiklərini görəcəksiniz. Baş vurduğu işin sonunda maddi mənfəətə çevrilməyə uyğun məsələ varsa, həmin şəxs ən yaxşı şəkildə onun öhdəsindən gəlməyə çalışır.

Əgər bir şəxs dini həqiqi mənada mənimsəyibsə, demək o, dünyada sahib ola biləcəyi bütün sərvət və gözəllikləri əldə edib. Dünyada hər hansı bir şeyin itkisi onu narahat edə bilməz. Onu narahat edəcək məsələ Allahın razılığı olmayan hərəkər, namazın vaxtında qılınmaması, xeyir əməlin gecikdirilməsi və ya qarşısının alınmasıdır. “Allah Öz ayələrini (dinin hökmlərini) sizə bu cür aydınlaşdırır ki, bəlkə düşünəsiniz.” (“Bəqərə” surəsi, ayə 242)

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 01:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru