Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2018
12:49
İran bankının 3 bağlanmış bankda 12 mln. manatdan çox depoziti qalıb

"Bank Melli İran-Baku" 2017-ci ilin yekununda Azərbaycanın bağlanmış banklarında yerləşdirdiyi depozitlərinin məbləğini açıqlayıb. 

Bu barədə  İran bankının Bakı filialının auidit hesabatında bildirilir.

Sənədə əsasən, bu ilin əvvəlinə maliyyə qurumunun faizlərlə birlikdə ləğv prosesində olan "Texnikabank" ASC-də 6 067 778 manat, "Atrabank" ASC-də 2 009 000 manat, "Royal Bank" ASC-də isə 3 999 288 manat, yəni ümumilikdə 12 076 066 manat depoziti olub. 

Bunlardan yalnız "Royal Bank"dakı depozit 4,3 mln. manat məbləğində girovla təmin olunub. 

Ötən il "Bank Melli İran-Baku" heç bir yerli bankda depozit yerləşdirməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bank Melli İran-Baku 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com