Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2018
11:47
Trampın komandasından daha bir nəfər istefa verdi

ABŞ prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Qari Kon istefasını elan edib. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, o, yaxın iki həftə ərzində vəzifəsini tərk etmək niyyətindədir. Bununla bağlı yayılan bəyanatında o, dövlət başçısına onun Administrasiyasında işləmək fürsətini verdiyinə görə təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Konun  istefasına səbəb Trampın polad və alüminium idxalı üçün ölkədə iqtisadi vergi təyin etməsi ilə bağlı qərarı ilə razılaşmaması olub. ABŞ liderinin bu qərarını çoxları, o cümlədən Respublikaçılar Partiyasından olan tərəfdarları tənqid edib.

Qeyd edək ki, ötən həftənin  sonunda  Ağ Evin Kommunikasiya məsələləri üzrə direktoru Houp Hiks bəyan etmişdi.

Tramp dövlət başına gələndən bəri onun komandasını 10 nəfərdən artıq insan tərk edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 17:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com