Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2018
10:16
1842
Bakı məktəblisi beynəlxalq turnirdə I yeri tutub

Paytaxt məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, 232 nömrəli tam orta məktəbin V sinif şagirdi Fəhmin İdrisov 33 kiloqram çəki dərəcəsilə bütün rəqibləri üzərində qələbə qazanıb.

F.İdrisov medal və diplomla təltif olunub.

Yarışda məktəblimizin məğlub etdiyi rəqibləri arasında 2 erməni idmançı da olub.

Qeyd edək ki, 7 ildir ki, kikboksinq idman növü ilə məşğul olan istedadlı məktəbli bir sıra ölkədaxili və beynəlxalq turnirlərə qatılıb. Türkiyə və Gürcüstanda təşkil olunan beynəlxalq turnirlərdə dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə, 28 yarışda iştirak edən F.İdrisov 22 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Məqalədə : Bakı məktəblisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 21:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com