Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2018
09:43
1778
Əhsən Nuruzadəyə hökm oxunub

Martın 6-ı Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının fəalı Əhsən Nuruzadənin işi üzrə məhkəmə iclası keçirilib. Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Faktxeber.com məlumat verir ki, məhkəmə prosesində hökm elan olunub. Hökmdən əvvəl təqsirləndirilən tərəfin vəkili Fariz Namazlı müdafiə nitqi ilə çıxış edib. O, Əhsən Nuruzadəyə bəraət istəyib.

Vəkildən sonra Əhsən Nuruzadə son sözlə çıxış edib. O, bildirib ki, həbsini ictimai-siyasəti fəaliyyətlə əlaqələndirib.

Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən qayıtdıqdan sonra hakim Səbuhi Hüseynov hökmü elan edib. Məhkəmənin qərarı ilə Əhsən Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Fevralın 27-i keçirilən prosesdə prokuror Əhsən Nuruzadəyə 8 il həbs cəzası istəmişdi.

Məqalədə : Əhsən nurizadə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 19:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com