Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
20:42
Ötən il 54 polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb

Ötən il mükafatlandırılan polis əməkdaşlarının sayı açıqlanıb.

Daxili işlər orqanlarının şəxsi heyətinin 2017-ci ildəki fəaliyyəti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 56 polis əməkdaşı və hərbi qulluqçu (3-ü ölümündən sonra) dövlət mükafatı ilə təltif edilib, rəhbər vəzifəli 4 əməkdaş isə ali xüsusi rütbəyə layiq görülüb.

Bundan əlavə, cinayətkarlıqla mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində, yanğın hadisələri, yol-nəqliyyat qəzaları və digər ekstremal vəziyyətlər zamanı insanların xilas edilməsində göstərdikləri fədakarlığa, habelə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə DİN-in müvafiq əmrlərinə əsasən 3280 əməkdaşa, o cümlədən 437 nəfərə DİN “Fəxri Fərmanı”, 312 nəfərə “DİO-da əla xidmətlərinə görə” döş nişanı, 1370 nəfərə pul mükafat verilib, 1161 nəfərə digər həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütövlükdə daxili işlər orqanları üzrə 15055 əməkdaş mükafatlandırılıb.

O da qeyd olunub ki, ötən il ərzində xidməti vəzifələrini yerinə yetirərkən 54 əməkdaş xəsarət alıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : polis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 12:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com