Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
16:48
Körpələrə qoyulması icazə verilən 70 maraqlı ad - SİYAHI

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha 70 maraqlı ad açıqlanıb. FaktXəbər-in məlumatına görə, adlar siyahısında Çağrı, Çallı (müdrik), Çakar, Çakər, Çayanbəy (igid bəy), Çayanxan, Çaylı, Çıraq, Çıraqqəddin (dinin işığı), Çolpan (dan ulduzu) kimi kişi, Çeşmə, Çeşmi, Çeşməgül, Çeşməxanım, Çeşməzar, Çəməni, Çinənay (Çin tütəyi) kimi qadın adları yer alıb.

Valideynlər övladlarına Dadbəxş (əltutan), Dadrəs (imdada yetişən, himayəçi), Dalqılıc (qınsız qılınc), Damanəli (Əlinin ətəyi), Danzi, Dənzi (sübh qızartısı), Darab (suyun başlanğıcı), Dəyyan (ölməz), Dilgün (gözəl danışan), Dilmac (çox dil bilən), Dövrəli (Əli dövrü), Dural (dəyişməyən) kişi, Danqız (Sübh qızı), Dilaram (qəlbə rahatlıq verən), Dilfəza (fəza kimi geniş ürəkli), Dilistan, Dürrü, Dürrət, Düşəri, Dürsəti (inci üzlü), Düşvarə (müşkül) kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında Elbaşı, Elmi, Elruh, Elson (yurdun axırıncı oğlu), Erazim kimi kişi, Elda (Yelda), Eldəgül, Elfira, Elli, Esfira (ulduz, parlaq), Eyvazgül (tamamilə gül, başdan ayağa gül) kimi qadın adları da yer alıb.

Körpələrə Ədib, Əfrand (əzəmət), Əlfi (ülfətli), Əlidədə, Əlim (Alim, vaqif adam), Əliş, Əmircan, Ənbili (peyğəmbər nəslindən olan), Əralp (igid döyüşçü), Ərçə (həddi buluğa çatmış), Ərman, Ərsay, Ərzan kimi kişi, Əfafə (iffət), Əfifə (iffətli), Əqdəs (ən müqəddəs), Əlimə (dərdli), Ərus (gəlin, nişanlı), Əsra (daha sürətli), Ətrabə (ətir suyu), Əzra (bakirə) kimi qadın adları da qoyula bilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 10:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com