Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
16:18
2210
Bir neçə ölkənin baş nazir müavini Bakıya gələcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birchall iştirak edəcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzuların müzakirə olunacağı tədbirdə hər üç ölkənin hökumət nümayəndəsinin çıxışı planlaşdırılır. Fələstin Baş nazirinin müavini Ziad Abu Amr Orta Şərqdə regional təhlükəsizlik, regional sülh, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic kapitalizmdə iqtisadi inkişafın ətraf mühitə təsiri, Rumıniya Baş nazirinin müavini Ana Birchall isə meydana çıxan yeni güclərə dair panel müzakirələrdə çıxış edəcək.

Forumun işində Albaniya Prezidenti Ilir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Mavriki Prezidenti Amina Qurab-Fakim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyəninn Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu da daxil olmaqla 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edəcək. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Məqalədə : Bakı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1702

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1457

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
429

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
194

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1172

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
967
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 13:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru