Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
16:05
2327
Novruz Bayramı günləri paytaxtda baş tutacaq şənliklər - SİYAHI

Bakı şəhəri üzrə Novruz Bayramı Təqvimi açıqlanıb.

Faktxeber.com Mədəniyyət və Turizm Nazirliyinə istinadən Novruz bayramı ərəfəsində Bakı şəhəri ərazisində keçiriləcək Novruz tədbirləri haqqında məlumarları təqdim edir:

Beynəlxalq Novruz gününə həsr olunmuş ümümxalq şənliyi 

İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.
19 mart
Novruz Bayramı festivalı – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçiriləcək festivalda Azərbaycanla yanaşı, bu bayramı qeyd edən ölkələrin nümayəndələri də iştirak edirlər. Festival çərçivəsində Qoşa Qala Qapısı meydanında "Meydan Bazarı" təşkil olunur. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi "Meydan Bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənir.
20-26 mart
Novruz Bayramı festivalı – "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək.
20-21 mart
Fəvvarələr Meydanında Novruz Festivalı

Novruz Festivalı çərçivəsində yeddi gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin iştirakıyla Fəvvarələr Meydanında konsert proqramı təqdim ediləcək.
Sənətkarlar öz əl işlərini nümayiş edəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək.
20-26 mart

Məqalədə : Novruz şənlikləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
50

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
74

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
147

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
168

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
180
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 14:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru