Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
14:55
Son 10 ildə 25 milyon uşaq evliliyi əngəllənib

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNİCEF) dərc etdiyi hesabat evləndirilən qız uşaqlarının sayının son 10 ildə 15 faiz azaldığını göstərir.

FaktXəbər-in məlumatına görə, hesabatda bildirilir ki, qız uşaqlarının evləndirilmə sayı 1/4-dən 1/5-ə ensə də, Afrikada bu rəqəm son 10 ildə 1/5-dən 1/3-ə yüksəlib.

Hesabatda son 10 ildə 25 milyon uşaq evliliyinin qarşısının alındığı qeyd olunub.

Uşaq evliliklərində ən çox azalmanın Cənubi Asiyada, xüsusən də Hindistanda müşahidə edildiyi vurğulanan hesabatda, regionda qızların 18 yaşından əvvəl evlənmək riskinin təxminən 50-dən 30 faizə gerilədiyi qeyd edilib.

Sözügedən azalmaya qız uşaqlarının təhsil səviyyələrindəki artım, hökumətlərin yeniyetmə qızların təhsili üçün qoyduğu investisiyalar ilə uşaq evliliyin qeyri-qanuni olduğuna və zərərlərinə dair ictimaiyyət arasında aparılan təbliğat səbəb olub.

UNİCEF-in yeni məlumatlarına görə, ildə 12 milyon qız uşağının zorla ərə verildiyi güman edilir. Hazırda dünya üzrə uşaq yaşda evləndirilmiş təxminən 650 milyon qadın yaşayır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 10:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com