Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
14:44
Pilotların ölümündən qabaq son sözləri - FOTO
"An-148"in yerə çırpılmasına səbəb erməni pilotun səhlənkarlığı olub

Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinə məxsus "An-148" təyyarəsi ilə bağlı yeni məlumat daxil olub. FaktXəbər "Telekanal 78"ə istinadən bildirir ki, fevral ayında qəzaya uğrayan təyyarənin pilotlarının son sözləri ictimaiyyətə təqdim edilib

Pilotların sözlərindən belə aydın olur ki, ikinci pilot uçuşa doğru göyərtənin hazırlanması zamanı tam təzyiqli qəbulediciləri sistemə daxil etməyi unudub, nəticədə soyuq və təyyarənin sürəti haqqında yanlış məlumat əks olunub. Bundan sonra faciəvi qəza baş verib.

"An-148"in kapitanı Valeri Qurbanov və ikinci pilot Sergey Kambaryan arasında son danışıq belə olub:
 
"Kapiton: Yuxarı! Bax.
Pilot: İndi-indi.
Kapitan: Sən isə aşağı.
Pilot: Ümumiyyətlə, ...

Kapitan: Yox, amma mən belə başa düşdüm ki, sən bunu istəyirdin. Sən isə əksinə, aşağı.
Pilot: Sonra danşarıq. Belə ki, hər şeyə nəzarət edirik.

Kapitan: Hər şey yaxşıdır.
Pilot: Sürət normallaşıb.

SİQNALİZASİYA: Sürəti nizamlamaq, sürəti nizamlamaq.
Pilot: Оp-оp-оp! 390!
Kapitan: Aşağı hara? Sən hara aşağı? Niyə aşağı? Hara?
SİQNALİZASİYA: Sürəti nizamlamaq, sürəti nizamlamaq.

Pilot: Ona görə ki, yaxşıdır, sürət 200...!
Kapitan: Hündürlük! Hündürlük! Hündürlük!

SİQNALİZASİYA: Terrain ahead!(İrəlidə ərazi) Pull up! (dartın) Terrain ahead!(İrəlidə ərazi)
Kapitan: Yuxarı!
SİQNALİZASİYA:  Terrain ahead!(İrəlidə ərazi) Pull up! (dartın) Terrain ahead!(İrəlidə ərazi)
Kapitan: Vəssalam...

Xatırladaq ki, Moskva-Orsk reysi üzrə uçuş həyata keçirən "An-148" təyyarəsi fevralın 11-də Domodedova hava limanından havaya qalxdıqdan  bir neçə dəqiqə sonra yerə çırpılıb. Hadisə zamanı təyyarənin göyərtəsində olan 71 nəfərin - 65 sərnişin və 6 ekipaj üzvünün hamısı həlak olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : "An-148" 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 07:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com