Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
12:57
1977
Gömrük Komitəsi büdcəyə 220 mln. manata yaxın vəsait köçürüb

Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 219 mln. 663,6 min manat təşkil edib.

FaktXəbər bildirir ki, qurumun açıqladığı rəqəmlərə görə, 2017-ci ilin fevral ayı ilə müqayisədə daxilolmalar 24 mln. 724,7 min manat və ya 12,68% çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə daxilolmalar 6 mln. 424,7 min manat və ya 2,84% azalıb.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 58 mln. 983,1 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 151 mln. 691,1 min manat, aksizlər üzrə 6 mln. 390,2 min manat, yol vergisi üzrə isə 2 mln. 599,2 min manat təşkil edib.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 01:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com