Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
12:12
Müdafiə naziri cəbhə xəttində olub - FOTO

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olublar.

Əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək gül dəstələri qoyulub.

Sonra Müdafiə naziri, müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti ilə tanış olan general-polkovnik Z.Həsənov birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Hərbi qulluqçular Müdafiə nazirinə müraciətdə işğal altında olan torpaqların tezliklə azad edilməsinə hazır olduqlarını bildiriblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : SİLAHLI Qüvvələr 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 03:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com