Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
11:34
1947
UNİCEF İraq və Suriyadakı azərbaycanlı uşaqlarla bağlı kömək təklif etdi

“Suriya və İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması ilə bağlı bizə nə Azərbaycan hökuməti, nə də ki müvafiq dövlət orqanları tərəfindən müraciət edilməyib, lakin biz bu məsələni nəzarətdə saxlayırıq”.

FaktXəbər-in verdiyi məlumata görə, bunu UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin APA-ya müsahibəsində deyib.

Oradakı uşaqların yaxın zamanda Azərbaycana gətiriləcəyi ilə bağlı məlumatlı olduğunu deyən E. Karvardin bildirib ki, bir müddət öncə məsələ ilə bağlı Ailə, qadın və uşaq problemləri üzrə komitənin sədri ilə görüşüb: “Onunla görüş zamanı bildirdim ki, bu uşaqlar münaqişə qurbanları olduğunu, münaqişədən zərər çəkdiklərini birmənalı şəkildə qəbul etməliyik. Uşaqlar təhlükəsiz şəkildə geri qaytarıldıqdan sonra onların reabilitasiyası, psixoloji yardım göstərilməsi, normal həyata qayıtmasına kömək etmək prioritet məsələ olmalıdır. Biz bu məsələlərdə müəyyən köməklik göstərə bilərik. Hökumətdən olan tərəfdaşlarımızın bu uşaqların təhlükəsiz qayıdışından sonra onların reabilitasiyası məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyi ilə razılaşdıqları üçün məmnunam. Hesab edirəm ki, uşaqlar geri qaytarıldıqdan sonra görüləcək tədbirlərə bizim cəlb olunmağımız ehtimal edilir. Təşkilatımız bu işə cəlb olunması nəzərdə tutulsa, müəyyən təkliflər verilərsə, biz bu təklifləri nəzərdə keçirib münasibətimizi bildirərik”.

Məqalədə : UNİCEF 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 10:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com