Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
10:18
Bakıda marşrut sürücüsü təhqir olundu - VİDEO

"Bakubus" MMC Bakıda sərnişin avtobusunun sürücüsünün təhqir edilməsi barədə videosujet yayıb.

"Bakubus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin FaktXəbər-ə veridiyi məlumata görə, hadisə fevralın 28-də baş verib. Həmin gün saat 14:08-də 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun Neftçilər metrostansiyasının dayanacağına daxil olarkən 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtobusun hərəkət zolağında öz avtomobilini saxlayıb, avtobusun dayanacağa daxil olmasına maneə yaradıb və bununla bağlı xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir edib.

“BakuBus” MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq sərnişindaşıma fəlaiyyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötüb keçmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır.

Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib və bu azmış kimi bütün vəhclə öz hərəkətinə haqq qazandırmaqdan, yaşılı avtobus sürücüsünə hədə-qorxu gəlməkdən çəkinmir.

Avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edən ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub:

"Hadisəyə hüquqi qiymətin verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. Bir daha bu cür şəxsləri öz qanunsuz əməllərindən çəkinməyə və digər sərnişinlərimizi isə baş verən bu kimi hallara qarşı laqeyd qalmamağa çağırırıq".

Məqalədə : Bakubus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18348

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16977

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18352

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17921

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23410

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17861

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17985
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 04:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru