Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
16:25
2527
Rusiyanı satan polkovnikin vəziyyəti ağırdır-YENİLƏNİB
Zəhərlənən digər qadın isə qızı imiş

Britaniyanın Solsberi şəhərində zəhərlənən  Rusiyanın Dövlət Təhlükəsizlik İdarəsinin eks polkovniki Sergey Skripal və yanındakı qadının vəziyyəti ağırdır. FaktXeber.com-un RT-yə istinadla məlumatına görə, bu barədə  Uiltşir qraflığının polisi bildirib.

Bundan əvvəl qadının kimliyi bəlli olmasa da, sonradan bunun onun qızı olduğu ortaya çıxıb.

Qeyd edək ki, ilk əvvəl onların hər ikisinin öldüyü barədə informasiya yayılmışdı.

***

Rusiyanın Dövlət Təhlükəsizlik İdarəsinin eks polkovniki Sergey Skripal Londonda zəhərlənib. FaktXəbər-in "The Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, 66 yaşlı rusiyalı sabiq polkovnik və onun yanında olan 33 yaşlı qadın "Solsberi" ticarət mərkəzində olarkən özlərini pis hiss ediblər.

Yerli polisin məlumatına görə, zəhərlənərək həyatını itirən Sergey Skripal buna qədər ölüm təhlükəsi ilə üzləşdiyini bildirmişdi. O, uzun müddət Rusiyanın Təhlükəsizlik İdarəsində işləməsinə baxmayaraq 2006-cı ildə Böyük Britaniyaya casusluq ittihamı ilə barəsində 13 il həbs qərarı çıxmışdı.

Məqalədə : Rusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 01:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com