Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
08:41
3629
I Beynəlxalq Ərbəin Festivalında Azərbaycan təmsilçiləri aparıcı yerlər tutub

İranın Şərqi Azərbaycan Vilayətinin Təbriz şəhərində keçirilən I Beynəlxalq Ərbəin Festivalı işini başa vurub. İran İslam Respublikası Təbriz tele-radiosunun Azərbaycan şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq müsabiqə 2017-ci ilin (1439-cu h.q. ili) Məhərrəm ayından başlamış, festivalının bağlanış mərasimi isə 01 mart 2018-ci il tarixində Təbrizin Qüds kinoteatrında keçirilmişdir. 10-dək ölkədən 300-dən artıq əsərin təqdim edildiyi festivalın bağlanış mərasimi festival qaliblərinin açıqlanması ilə yekunlaşıb.

Tədbirdə Təbrizin imamcüməsi Dr.Ali Haşim, İran parlamentinin Təbriz, Üsgü və Azərşəhr nümayəndəsi Dr.Fərhəngi, İRİB Mərkəzi Asiya və Qafqaz idarəsinin rəhbəri Səid Təhami, Təbriz tele-radio təşkilatının baş müdiri Seyyid Möhsün Lətifi və digər vilayət rəsmiləri, həmçinin Azərbaycan Respublikasından və Türkiyədən festival qalibləri iştirak edib. Mərasimdə festivalin katibi və İRİB sərhədlərarası verilişlər redaksiyası Təbriz radiosunun azəri bölümünün müdiri Mehdi Nəlbəndi festivalın keçirilməsi və məqsədləri barədə çıxış edib. O, festivalın belə geniş qarşılanacağını və müxtəlif ölkələrdən dinləyicilərin burada geniş iştirak səviyyəsinin gözlənilməz olduğunu vurğulayaraq festivalın şeir, radio-padcast və dini nəğmələrdən ibarət üç bölümdə keçirildiyini, ilkin seçimdə təqribən 50 əsər 9 yerli və 3 əcnəbi jüri heyətini vasitəsi ilə dəyərləndirilib və bunlardan 11-nin mükafatlara layiq görüldüyünü bildirib.

Birinci Beynəlxalq Ərbəin Festivalının bağlanış mərasiminin sonunda 3 nominasiya üzrə qaliblərin adları açıqlanıb:

Şeir bölümündə

Birinci yer: Zəhra Kıran (Türkiyə)

İkinci yer: Mehrəli Asim (Azərbaycan)

Üçüncü yer: Cəfər Purrəzəvi (İran)

Dördüncü yer: Arzu Çətinkaya (Almaniya)

Radio-Padcast bölümündə

Birinci yer: Gülbala Fənayi (Azərbaycan)

İkinci yer: Mustafa Doğan(Türkiyə)

Üçüncü yer: Kazım Qasimi (İran)

Dördüncü yer: Mehdi Simsari (İran)

Dini Nəğmələr bölümündə

Birinci yer: Hacı Yaşar Cahid (Azərbaycan)

İkinci yer: Vilayət İlahi Nəğmələr Qrupu (Azərbaycan)

Üçüncü yer: Əli Kaçan(Türkiyə).

Məqalədə : Təbriz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
227

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1842

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
378

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1307

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
445
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 03:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru