Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2018
15:35
2436
Martda ailə büdcəsinə necə qənaət edək? - İQTİSADÇIDAN MƏSLƏHƏT

"Mart gəldi, dərd gəldi". Atalarımız bu kəlamı öz vaxtlarında hansısa problemə görə deyirdilərsə, günümüzdə bu bayramlarla, dolayısı ilə xərclərlə dolu ayı yola verməyi simvolizə edir. Belə ki, 8 Mart, arxasınca çərşənbələr, Novruz bayramı... Hələ evlilik ərəfəsində olan insanlar üçün bu, daha böyük bir problemə çevrilib. Bəs bu ayda necə qənaət etmək olar?

FaktXeber.com bununla əlaqədar iqtisadçı ekspert Natiq Cəfərlidən münasibət öyrənib.

Qənaət üçün imkan daxilində yarmarkalardan istifadə edilməsi yaxşı olar, çünki oradan supermarketlərə nisbətdə ucuz mal almaq mümkündür.

Ekspert bildirdi ki, kasıb, ya varlı fərq etməz, çalışılmalıdır ki, cibə uyğun normal süfrə açılsın: "Qənaət etmək hər bir ailənin büdcəsindən asılı məsələdir.  Büdcəyə uyğun hər hansı alış-veriş etmək, hədiyyə verməyə imkanları varsa, ailə çalışır ki, ona uyğunlaşsın."

Onun sözlərinə görə bir çox ölkələrdə bayramqabağı endirimlər, müxtəlif aksiyalar olur: "Amma çox təəssüf ki, bizdə bunun tam əksinədir - bayramlardan öncə bazarlarda ciddi qiymət artımı müşahidə edilir. Rayonlarda kənd təsərrüfatı yarmarkaları keçirilir. Qənaət üçün imkan daxilində o yarmarkalardan istifadə edilməsi yaxşı olar, çünki oradan supermarketlərə nisbətdə ucuz mal almaq mümkündür."

İqtisadçı bundan başqa israfçılığa yol verməmək üçün ehtiyacları doğru-düzgün hesablamağın lazım olduğunu bildirdi: "Xərcləri elə etmək lazımdır ki, süfrələrdə artıq yeməklər qalmasın, xarab olmasın. Düzgün planlaşdırılma aparılmalıdır."

Natiq Cəfərli qənaət barədə danışarkən bir maraqlı nüansa da toxundu. Onun sözlərinə görə, qonum-qonşularla, qohumlarla bəhsəbəhsə görə yox, ailənin öz ehtiyaclarına, imkanlarına görə hərəkət edilməsinə çalışılmalıdır: "Çox vaxt azərbaycanlılar bəhsəbəhslə hərəkət edir, hətta borca girir, kredit götürürlər. Sonradan bunu qaytarmağa gəldikdə isə ciddi problemlərlə qarşılaşırlar."

"Yəni öz imkanlarına və büdcələrinə uyğun bayram planlarının aparılması daha yaxşı olar", - deyə iqtisadçı sözlərini yekunlaşdırdı.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 10:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com