Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2018
14:34
ABŞ-ın ən müasir `F-35`lərinin yarısı işləmir

ABŞ-ın beşinci nəsil qırıcı təyyarələrinin mühərrik və digər sistemlərində ciddi problemlər yaranıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə məşhur "Military.com" xəbər portalı amerikalı vitse-admiral Met Uinterə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinin arsenalına daxil 280 ədəd "F-35" qırıcısından yalnız yarısı uçuş yerinə yetirə bilir. "Lockheed Martin" şirkətinin məhsulu olan qırıcıların mühərrikləri daxil olmaqla, digər sistemlrində ciddi nasazlıqlar müşahidə edilir.

Qeyd edək ki, Pentaqon hər bir "F-35" qırıcısı üçün 100 milyon dollar ödəyir.

"F-35" ABŞ və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən, tək pilotlu, tək mühərrikli hərbi döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün inkişaf etdirilib. Təyyarənin 3 əsas növü var: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : F-35 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 08:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com