Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2018
14:32
Azərbaycan və Mərakeş arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita ilə görüşüb.

FaktXəbər-in verdiyi məlumata görə, təkbətək və geniş tərkibli görüşlər zamanı tərəflər Azərbaycan və Mərakeş arasında əməkdaşlığın inkişaf perspektivləri, həmçinin bir sıra aktual regional məsələləri müzakirə ediblər.

Görüşün yekununda bir sıra sənədlər imzalanıb. Belə ki, xarici işlər nazirləri Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlir vergilərinə münasibətdə vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalayıblar.

Həmçinin nazirlərin iştirakı ilə təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş, "Azərbaycan Dəmir Yolları" QSC və "Mərakeş Milli Dəmir Yolları" arasında Niyyət Protokolu, Azərbaycan Dövlət Dəniz Akademiyası və Mərakeş Dəniz Araşdırmaları Ali İnstitutu arasında Niyyət Protokolu imzalanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan Mərakeş 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 21:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com