Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2018
14:16
Azərbaycanın əsas məscidlərinin siyahısı dəqiqləşdirilib

2017-ci ildə Azərbaycanın şəhər və rayonlarındakı əsas məscidlərin siyahısı müəyyənləşdirilib, onların daxilində 53 nöqtədə 230 videokamera quraşdırılıb, və bu sahədə işlər davam etdirilir.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, qanunsuz dini təbliğatla məşğul olan 142 nəfər barədə hüquqi məsuliyyət tədbirləri görülüb. Onlardan istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmadan 5 min 185 ədəd dini ədəbiyyat, 356 ədəd broşür, 145 ədəd kompakt disk, 3 ədəd odlu silah və 14 ədəd sursat aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : məscidlər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 04:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com