Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2018
13:42
4449
Yeni ibtidai sinif dərslikləri hazırlanır

Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün ehtiyat dərsliklərinin hazırlanması istiqamətində işlər aparılır.

FaktXəbər-in məlumatına görə, bunu təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov martın 5-də jurnalistlərə açıqlamasında deyib.

Beynəlxalq tədqiqat meyarlarının yeni dərslik konsepsiyasında nəzərə tutulacağını bildirən C.Bayramov deyib: “Növbəti illərdə həmin dərsliklərin tətbiqi ilə daha müsbət nəticələr əldə ediləcək”.

C.Bayramov əlavə edib ki, bəzən kurrikulum valideynlər, mütəxəssislər tərəfindən birmənalı qarşılanmır: "Amma tədqiqatların nəticələri təhsil sistemində müsbət dinamikanın olduğunu göstərir. Bu da bir daha sübut edir ki, həmin istiqamət doğru seçilib." 

Məqalədə : Ceyhun Bayramov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 21:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com