Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2018
12:08
Oğurluqda təqsirləndirilən FHN zabitinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqisrləndirilən mütəşəkkil dəstənin üzvləri - Orxan Quliyev, Təhməz Əsgərov, Nicat Əliyev, Rişan Bayramov, Cavid İsazadə və Camal Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Quliyev 5 il, T.Əsgərov, N.Əliyev, R.Bayramov, C.Heydərovun hər biri 4 il və C.İsazadə isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş C.İsazadə məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittiham aktına əsasən, dəstə üzvləri 2016-cı ilin sonlarından etibarən Badamdar qəsəbəsində mənzillərə girərək külli miqdarda pul, qızıl-zinət əşyaları, məişət avadanlıqları aparıblar.

Dəstə üzvlərindən biri - N.Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub. O, daxili xidmət baş leytenantı rütbəsində xidmət edib.

Qarət olunan mənzillərin əksəriyyəti O.Quliyevin qonşuları olub. Təqsirləndirilən şəxslər 2016-cı ilin noyabr ayında dəstə üzvü O.Quliyevin qonşusu Vüqar Əliyevə məxsus mənzilin qıfılını sındırıblar, Bijuteriya və 20 manat xırda pullar oğurlayaraq zərərçəkmiş şəxsə 425 manat ziyan vurublar.

Eyni üsulla onlar qonşulaqda yaşayan Mehbalı Quliyevin də evindən oğurluq ediblər. Dəstə üzvləri həmçinin Badamdarda yaşayan Ayna Sadıqovanın evindən 21 min manatlıq, Azad Əliyevin mənzilindən isə 12 min manatdan çox qızıl-zinət əşyaları oğurlayıblar. Qəsəbə sakini Mərahim Əkbərovun mənzilinə soxulan şəxslər ona 18 min 520 manat ziyan vurublar.

Qızıl-zinət əşyaları “Moskva” unuvermağında satılıb, əldə olunan gəlir dəstə üzvlər arasında bölünüb.(Report)

Məqalədə : FHN zabiti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

28

Yanvar
14:37
HÜQUQ,HADİSƏ
46

Qətər baş naziri istefa verib

28

Yanvar
14:27
DÜNYA
90

Sabahın hava proqnozu açıqlandı

28

Yanvar
13:09
ÖLKƏ
175

Mərkəzi Bankında 4 yeni departament yaradılıb

28

Yanvar
12:58
İQTİSADİYYAT
190

Hacıqabulda ana doğuşdan sonra ölüb

28

Yanvar
12:40
HÜQUQ,HADİSƏ
221

Bu ərazilərində su olmayacaq

28

Yanvar
11:25
ÖLKƏ
298

Bakıda 500-dən çox müəllimə təlim keçiriləcək

28

Yanvar
11:06
ELM / TƏHSİL
1445
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 14:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru