Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2018
11:28
Bakı metrosunda yaranan nasazlığa RƏSMİ MÜNASİBƏT

“Təxminən 1 saat sonra qatarların hərəkət intervalı bərpa olunub. Sadəcə səhərdən sərnişinləri lazımi səviyyədə daşıya bilmədiyimizə görə, stansiyalara daha çox insan yığılmışdı”.

Bunu FaktXeber.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, bu səbəbdən də bütün stansiyalarda sıxlıq yaranıb: “Digər tərəfdən də ümumi gecikmə olduğundan qatarlar stansiyalarda mərhələli şəkildə öncəki qatarın getməsini gözləyirdilər. 9:45-dən etibarən problem tam aradan qaldırılıb”.

***

Bu səhər Bakı metrosunda növbəti problem yaranıb.

“Həzi Aslanov” stansiyasından “İçərişəhər”ə doğru gedən qatar əvvəlcə təxminən 15 dəqiqə tuneldə qalıb. Daha sonra isə qatar “Nərimanov” stansiyasına daxil olub, amma 20 dəqiqədən də çox orada gözləyib. Qatarın hərəkərinin dayandırılması mənzil başına tələsən sərnişinlərin narazılığına səbəb olub.

Hadisə digər qatarların da hərəkət qrafikini pozub. Nəticədə bəzi qatarlar həm də tuneldə qalıb. Tuneldə qalan qatarlarda səhhətində problem olan sərnişinlərin halının pislədiyi bildirilir.

“Başı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəimi Paşayev hadisə ilə bağlı Modern.az-a açıqlama verib:

““Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir. Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik”, deyə o bildirib.

Məqalədə : Bakı metrosu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14642

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13282

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14685

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19665

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14154

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14277
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 04:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru