Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2018
09:13
Messinin karyerasında vurduğu 600 qol - VİDEO

İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 600-cü qolunu vurub.

İspaniya çempionatı çərçivəsində “Atletiko” (Madrid) ilə matçda baş verib.

Matçın 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandasını hesabda önə çıxarıb.

"Barselona" A Komandası formasını 16 oktyabr 2004-cü ildən bu yana geyinən Messi, La Liqada 373, UEFA Çempionlar Liqasında 98, İspaniya Kral Kubokunda 47, İspaniya Super Kubokunda 13, FİFA Klublar Dünya Kubokunda 5, UEFA Super Kubokunda da 3 qol vurub. Messi Argentina Milli Komandasının formasıyla da 61 dəfə fərqlənib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Messi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 22:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com