Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2018
14:58
`The Independent`: Putin İtaliyada hakimiyyətə `gəlir`

İtalyan siyasətçi Silvio Berluskoni bu həftə keçiriləcək seçkilərdən sonra yenidən hakimiyyətə qayıtmağa hazırlaşır. FaktXəbər-in məlumatına görə, bu barədə "The Independent" qəzeti yazıb. Bildirilir ki, seçki təkcə İtaliyaya deyil, digər ölkələrə də ciddi təsir edəcək.

Breksitdən sonra İtaliya Avropa İttifaqının üçüncü böyük iqtisadiyyatı olacaq, lakin bu, bəzi çətinlikləri üzə çıxaracaq. Gənclər arasında işsizlik nisbəti 37% -ə çatıb, əhalinin Avropa İttifaqına  narazılığı artır. İtaliya cəmiyyətində dərin anlaşılmazlıqlar prezident seçkiləri kampaniyasına "qəddar və çirkin" münasibəti ortaya qoyub. Və seçkinin nəticələrinə Rusiya prezidenti Vladimir Putinin "kölgəsi"nin düşəcəyini bildirirlər.

Berluskoni Putinə heyran olduğunu gizlətmir. Bu yaxınlarda o, ad günündə Putinə yorğan hədiyyə edib. Yorğanın üzərində isə onların birgə əl sıxışmış şəkli olub. Berluskoni anti-Rusiya sanksiyalarına qarşı çıxışları ilə tanınır və bir dəfə isə Moskva ilə işgüzar əlaqələrdə gəlir əldə etməkdə ittiham olunur. 2010-cu ildə WikiLeaks Berluskonini enerji müqaviləsindən öz payını almaqda ittiham etmişdi. Berluskoni özü isə bunu inkar edir.

"Şimal Liqası" Partiyasının lideri və Berluskoninin həmkarl Matteo Salvini Moskavaya gələrək "Vahid Rusiya" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. O, mitinqlərin birində Kremldən maliyyə dəstəyi almasını təkzib edib və belə deyib: "Mən Putinə öz xalqının maraqlarını və biznesini qoruyan, dəyərlərini və sərhədlərin müdafiə edən dövlət lideri kimi, hökumətinin lideri kimi heyranam. Mən ona pulsuz hörmət edirəm."

Beş Ulduz Hərəkatının liderləri Putinin ölkədaxili və xarici siyasətini, o cümlədən Suriyadakı addımlarını dəstəkləyirlər. Hərəkatın millət vəkili Manlo Di Stefano Hələbin azadlığı üçün bombardman çağırış etmişdi. O, "Vahid Rusiya"nın konfransında çıxış edərək Rusiyaya qarşı AB sanksiyalarına son qoymağa çağırmışdı. Bundan əlavə, NATO-nu aqressivlikdə ittiham edərək, Ukraynadakı böhranın Qərbin Rusiyanın işinə qarışmasının nəticəsi olduğunu bildirmişdi. 

Solçuların qələbə çalacağı az ehtimal edilir. Demokrat Partiyasının lideri Matteo Renzi 2016 referendumda məğlub olmuşdu.

Görünən odur ki, seçkilər özündən sonra qeyri-sabit İtaliya qoyacaq. Hansı ki, Avropa Birliyi üzvləri və digər Qərb ölkələri üçün narahatlıq yaradacaq. "The İndependent" son olaraq yazır ki, Avropa Komissiyasının sədri Jan Klod Yunker də məsələ ilə əlaqədar narahatlığını bildirib və Brüsseli Romada "iş qabiliyyətini itirmiş" hökumət ehtimalı üçün hazır olmağa çağırıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İtaliya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 03:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com