Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2018
15:52
1794
Çin Putinin silahına münasibət bildirib

Çin Xalq Respublikası  Rusiya prezidenti Vladimir Ptuinin Federal Yığıncaqda yeni növ silahı barədə  ismarıcına münasibət bildirib.

«Prezident  Putinin  müraciətinə gəldikdə isə  biz əlbəttə ki, buna diqqət etdik. Bunun yanında  biz ABŞ-ın nüvə doktrinası barədə  KİV-dəki məlumatlara və parlamentə mesajına nəzərlərimizi yönəltdik. Hesab edirik ki, müasir dünyada inkişaf və sülh  əvvəlki kimi  vacib mövzudur. Beynəlxalq strateji sabitliyin təmini üçün bütün ölkələrin birgə  səyi lazımdır», - deyə ÇXR XİN rəsmisi  Xua Çunyin  bəyan edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ölkəsi və onun müttəfiqlərinə qarşı istənilən növ nüvə silahından istifadəyə nüvə silahından tətbiq kimi baxılacağına və buna anında cavab veriləcək. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə o, Federal Məclis qarşısında çıxışı zamanı bildirib.

"Rusiya və onun müttəfiqlərinə qarşı kiçik, orta və ya hər hansı ölçüdə olursa-olsun nüvə silahından istifadəni ölkəmizə qarşı nüvə hücum kimi qəbul edəcək və buna anında cavab verəcəyik",-deyə Putin vurğulayıb.

ABŞ-ın Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Federal Məclisdə nüvə raketi ilə bağlı son müraciətinə münasibət bildirib. Pentaqonun açıqlamasında deyilir ki, Putinin son şərhi onlarda təəccüb yaratmayıb.

"Biz bu bəyanatlara (Putinin) təəccüblənmirik. Amerikalılar əmin ola bilər ki, biz ölkəmizi qorumağa tam hazırıq",-deyə Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bildirib.

Xatırladaq ki, Vladimir Putin dünənki çıxışı zamanı dünyanın istənilən nöqtəsinə çata bilən "Sarmat" raketini ictimaiyyətə təqdim edib.

Məqalədə : Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 14:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com