- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun doğum günüdür. Məzahir İzzət oğlu Rüstəmov 1960-cı il martın 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Gədəbəyin Şınıx bölgəsində bir zabit kimi vuruşub, vzvod komandiri olub. Düzrəsullu, Mutudərə və digər kəndlərin müdafiəsində iştirak edib. 1992-ci il avqustun 6-da ermənilərin Mutudərə kəndinə hücumunun qarşısını almaq üçün döyüşə rəhbərlik edib, son nəfəsinə qədər döyüşüb, sonda düşmənin əlinə keçməmək üçün özünü qumbara ilə partladaraq qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Gədəbəy rayonunda abidəsi ucaldılmışdır.
- 07-02-2019 10:36 Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
- 30-07-2018 16:54 Mili Qəhrəmanlar Nadir Əliyev, Aqil Məmmədov və Fəxrəddin Musayevin doğum günüdür
- 25-07-2018 16:08 Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
- 19-06-2018 11:53 Milli Qəhrəman Səfa Axundovun doğum günüdür
- 18-06-2018 11:11 Bu gün Şəhid Mübariz İbrahimovun anım günüdür
- 28-05-2018 20:46 Şəhidimizin medalı ailəsinə təqdim olunub - FOTO-VİDEO
- 17-05-2018 13:16 Milli Qəhrəman Şahlar Şükürovun doğum günüdür
- 19-04-2018 11:45 Milli Qəhrəman Tofiq Hüseynovun doğum günüdür
- 16-04-2018 14:15 Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür
- 10-04-2018 12:52 Milli Qəhrəman Yelmar Edilovun doğum günüdür
- 05-04-2018 15:25 Milli Qəhrəmanları Şövqiyar Abdullayev və Etibar Hacıyevin doğum günüdür
- 09-03-2018 12:25 "Milli Mübarizə Məktubu" 10 dildə hazırlandı - VİDEO
- 02-03-2018 14:30 Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günüdür
- 26-02-2018 10:05 Barselonada Xocalı fləşmobu - VİDEO
- 26-02-2018 08:02 XX əsrin faciəsi: Xocalı soyqrımından 26 il keçir