Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2018
14:26
3234
Bakıda yanğında həlak olanlara görə əyləncəli verilişlər dayandırılacaq? - RƏSMİ CAVAB

Televiziya və radio kanallarında əyləncəli verilişlər yalnız rəsmi matəm günündə dayandırılır.

FaktXəbər-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğında 25 nəfərin həlak olması ilə əlaqədar əyləncəli verilişlərin dayandırılıb-dayandırılmaması məsələsi ilə əlaqədar Trend-ə açıqlamasında bildirərib.

O qeyd edib ki, ciddi rezonans doğuran faciəvi hadisə baş verərsə, yayımçılar özləri mənəvi məsuliyyətlərindən çıxış edərək əyləncəli verilişlərinin yayımını dayandıra bilərlər:

“Biz onlardan qanunla tələb edə bilmərik. Ancaq rəsmi matəm elan edilərsə, bu halda qanunla əyləncəli verilişlərin yayımı dayandırılmalıdır”.

Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Məqalədə : MTRŞ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
355

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
285

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
209

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
202

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
442

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
365

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
298

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
227
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 07:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru