Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2018
11:05
Maraqlı, amma narahat olmalı statistika... - ANALİZ

Rövşən Ağayev / iqtisadçı ekspert


İqtisadi inkişaf demoqrafik proseslərlə sıx bağlıdır. Ona görə də iqtisadi analizlə məşğul olanların demoqrafik statistikanı daima diqqətdə saxlamasında fayda var...

Rəqəmləri gözdən keçirəndə əhalinin ölüm statistikası ilə diqqətimi çəkən rəqəmin hamı üçün maraqlı ola biləcəyini düşünürəm.

Deməli, 2016-cı ilin nəticələrinə görə, müvafiq cins və yaş qrupu üzrə əmək qabiliyyətli əhalnin (15-64 yaş) hər 100 000 nəfəri hesabı ilə ölən kişilərin sayı qadınlarla müqayisədə az qala 2 dəfə çoxdur. Belə ki, 2016-cı ildə 15-64 yaşlı qadınların hər 100 000 nəfəri hesabı ilə 195 nəfər qadın həyatını itiribsə, eyni yaş qrupu üzrə kişi ölümü 379 nəfər olub.

Əlavə olaraq, 2016-cı il ərzində ölən bütün kişilərin (cəmi 29924 nəfər) 44%-i əmək qabiliyyətli yaşda öldüyü halda, qadınların cəmi 25%-i 15-64 yaşda həyatlarını itiriblər.

Ən maraqlı məsələlərdən biri budur ki, bizdə selektiv abortların üstünlük təşkil etməsi son onillikllərdə doğulan uşaqlar arasında oğlanların təxminən 5-6% üstünlük təşkil etməsinə səbəb olub. Lakin ölümlə bağlı statistika göstərir ki, 14 yaşadək uşaqlar arasında oğlanların ölüm faizinin qızlarla müqayisədə 30% çox olması yuxarı yaşlarda qadın-kişi nisbətini azaldır. Məsələn, 2016-cı ildə 0-14 yaş intervalında hər 100 000 nəfər qız uşağına ölüm göstəricisi 97 nəfər, oğlan uşaqları üzrə 126 nəfər təşkil edib...

Məlumat üçün deyim ki, inkişaf etmiş ölkələrdə əmək qabiliyyətli yaşda (15-65 yaş) ölümlərin ümumi ölümlərdə payı 18-22% ətrafındadı. Azərbaycanda isə bu göstərici son illər 36-38% arasında dəyişib. Yəni bizdə əmək qabiliyyətli yaşda həyatın itirirlməsi faizi Qərb ölkələrindən azı 2 dəfə yüksəkdir.

Bu isə təkcə demoqrafik statistika deyil, səhiyyənin problemidir, təhlükəsiz məşğulluq problemidir...

Söhbət o səhiyyədən gedir ki, hətta cibdən xərclənən pullarla birgə Azərbaycanda maksimum ÜDM-nin 3-4%-i yönəlir, Qərbdə isə həmin göstərici 10-15 aralığında dəyişir...

Məqalədə : ölüm statistikası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
256

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
269

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
272

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
347

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
277

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
309

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
511

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
432
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 07:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru