Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2018
11:30
Yanğın zamanı 200 nəfər vaxtında təxliyə edilib - RƏSMİ
Yanğında ölənlərin sayı 25-ə çatıb

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Məlumatda deyilir: "Martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk!"

***

"Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı zəhərlənmiş şəxslər bu gün səhər saat 07:10, 07:18 və 08:48 radələrində bizim şöbəyə təcili yardım maşınlarında gətirilib".

Bunu "Report"a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, xəstələr 48 yaşlı Vüqar Kərimov, 35 yaşlı Kamal Nadirov və 35 yaşlı Rafiq Qafarov olublar: "Hər 3 xəstənin vəziyyəti kafi olub. Onların üçündə də yüngül dərəcəli tüstüdən zəhərlənmə olub. Xəstələrə ilkin tibbi yardım göstərilib və evə buraxılıb". 

***

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən  bildirilib ki, ilkin məlumata əsasən, 24 nəfərədək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

***

09.40 - Respublika Narkoloji Dispanserində yanğın tamamilə söndürülüb.

***

08.41 - Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent təxliyə olunub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib. 

***

08.05 - Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib.

FaktXəbər-in “Report”a istinadən məlumatına görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də "təcili tibbi yardım" briqadaları cəlb olunub.

İlkin məlumatlara görə, baş vermiş yanğın zamanı 1 nəfər ölüb.

Meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin  məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar.

Məqalədə : yanğın 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
266

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
274

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
277

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
357

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
282

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
314

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
516

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
437
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 09:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru