Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2018
16:10
Yarıçılpaq kişi təyyarədə stüardessa və sərnişinləri döydü-VİDEO

Rusiyada təyyarədə dava düşüb. Belə ki, Sankt-Peterburqdan Novosibirskə  reys həyata keçirən təyyarədə sərnişinlərdən biri soyunub və təyyarədə aləmi bir-birinə qatıb. FaktXeber.com-un məlumatına görə, hadisə sərnişinlərdən biri tərəfindən  telefonun kamerasının yaddaşına köçürülüb.

Şahidlərin sözlərinə görə, o, ətrafdakıları təhqir edib, illüminatora zərər vurmaq istəyib, nəzarətçilərdən birini döyüb, sonra isə boğmağa çalışıb. Bundan başqa bir qadına təcavüz etməyə də çalışıb. Nəhayət bir neçə nəfərin köməyi ilə onu ram etmək mümkün olub, kəmərlərin köməyi ilə əl-qolu bağlanılıb. 

Təyyarə eniş etdikdən sonra kişini aeroportun  növbətçi bölməsinə gətiriblər, ancaq kişi orda da dinc durmayıb. 

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : təyyarə hadisə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 01:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com