Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2018
15:32
Depresiyanın yeni təhlükəli nəticələri aşkarlanıb

Uzunmüddətli depresiya beyində dəyişikliklərə səbəb ola bilər. FaktXeber.com-un məlumatına görə, bu barədə Toronto Universiteti yanında  Narkoloqiya və psixi sağlamlıq  mərkəzinin alimləri The Lancet Psychiatry jurnalında məqalə dərc ediblər.

Araşdırmada depresiyadan uzun müddət (10 ildən artıq) əziyyət çəkən 25 nəfər, orta müddət əziyyət çəkənlər və 30 tam sağlam adamlar iştirak edib.

Birinci qrupdan olan pasiyentlərin beynində digərlərinə nisbətdə 30 faiz artıq  translokatorlu zülal aşkarlanıb. Bu zülal Alzqeymer, yaxud Parkinson  kimi neyrodeqenerativ xəstəliklərə cavab kimi  immun hüceyrələri tərəfindən yaradılır. Və depressiya bu xəstəliklərin inkişafına səbəb olanlar siyahısında olmasa da, bəzi hallarda oxşar effekt verə bilər.

Qeyd edək ki, bundan əvvəl amerikalı alimlər  depresiyadan qurtulmaq üçün sadə üsul təklif etmişdilər. Mütəxəssislər müəyyən ediblər ki, qida siyahısına təzə meyvə, tərəvəz və bütövdənli məhsulların istifadəsi  psixi pozğunluğun qarşısını alır. Onlar yaşlı adamlar üzərində 6 illik eksperimentdən sonra bu qənaətə gəliblər. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : depresiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com