Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2018
13:02
4662
Yollarımız belə sürücülərdən təmizlənməsə... - VİDEO

Hər gün paytaxt Bakı şəhəri və bölgələrdə insan tələfatları ilə nəticələnən yol qəza hadisələri baş verir. Bu qəza hadisələrinin böyük əksəriyyəti isə məsuliyyətsiz sürücülər ucbatından olur. Bəziləri avtomobili "mənə heç nə olmaz" prinsipi ilə idarə edirlər və doğrudan da bəzən onlara heç nə olmur, amma onların yaratdığı qəza şəraitindən başqaları əziyyət çəkir və xərcə düşürlər, ya da ölürlər. Onlar isə heç nə olmamış kimi yollarına davam edirlər. Məhz belə sürücüləri ifşa etmək üçün media orqanları, sosial şəbəkələr onların qanun pozuntularını daim işıqlandırır. 

FaktXəbər-in oxucularından biri bu gün səhər Sumqayıt-Bakı istiqamətində hərəkətdə olarkən məhz həmin məsuliyyətsiz sürücülərdən birini video-registr vasitəsi ilə qeydə alıb. Beynəlxalq Avtovağzalın yaxınlığında qeydə alınan görüntülərdə "Nissan" markalı 90-LZ-728 dövlət qeydiyyat nişanlı avtomobil sağ solaqda olarkən əvvəlcə sol zolaqda olan maşını sıxışdırmağa başlayır. Daha sonra isə sağ zolaqdan qəfil sola hərəkət edərək arxadan gələn maşının qəfil tormozlamasına səbəb olur. Bu hərəkətlə o, "Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu"nun 42-ci maddəsinin (Hərəkətə başlama, manevr etmə) 5-ci bəndini pozub (Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir.) və bu pozuntu ilə nəqliyyat vasitəsinin sahibi üçün "İnzibati xətalar məcəlləsi"nin 327.1-ci maddəsi ilə (Əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması40 AZN cərimə nəzərdə tutulub.  

Bu qayda pozuntusundan başqa, 90-LZ-728 dövlət qeydiyyat nişanının üzəri də çirklidir və nömrə demək olar ki, görünməz haldadır. Dövlət qeydiyyat nişanının bu formada olması da bir başqa qayda pozuntusudur. Sözügedən avtomobili idarə edən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342-ci Maddəsinin (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) tələblərini pozur. Maddənin 1.7-ci bəndində bildirilir ki, "hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına" görə sürücü 40 AZN məbləğində cərimə edilməlidir.

Ola bilsin ki, kimsə bu cür qayda pozuntularını adi hal hesab etsin. Amma unutmaq olmaz ki, belə sürücülər kiçik qayda pozuntularında cəzasız qaldıqları üçün gələcəkdə böyük qəzalara səbəb olurlar. Ona görə də özümüzü və yaxınlarımızı düşünərək, onların ifşası üçün əlimizdən gələni etməliyik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1046

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
61

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
308

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 19:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru