Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2018
10:28
1788
Türkmən qadınlar 8 martda 40 manat hədiyyə alacaqlar

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə ölkə qadınlarına 40 manat (19,4 AZN) hədiyyə verilməsi barədə göstəriş verib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə rusdilli "Neytral Türkmənistan" qəzeti yazıb.

Prezidentin imzaladığı sərəncama əsasən, pul hədiyyələrini mülkiyyət formasından asılı olmayaraq idarə və təşkilatlarda işləyən qadınlar alacaqlar.
 
Beynəlxalq Qadınlar günü ilə əlaqədar hədiyyəni tələbə, şagird və məktəbəqədər uşaq müəssisələrində oxuyan qızlar da ala biləcəklər.

Məqalədə : 8 mart 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 20:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com