Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2018
09:29
Azərbaycan ABŞ-da sinaqoqun bərpasına maddi yardım edib

Bakı ilə qardaşlaşmış Hyuston şəhərində Azərbaycan icması, Azərbaycanın ABŞ-dakı səfirliyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) və ABŞ Konqresinin nümayəndələri  Hyustonda yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoquna baş çəkib, ötən il Harvi qasırğası nəticəsində zərər görmüş sinaqoqda aparılan bərpa işləri ilə tanış olublar.

Azərbaycanın ABŞ-dakı səfirliyindən FaktXəbər-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətini Bet Yeşurun sinaqoqunun rəhbərliyi, Amerika Yəhudi Komitəsinin Hyustondakı direktoru və digər yerli yəhudi icmasının tanınmış üzvləri qarşılayıb.

Bu məqsədlə təşkil edilmiş tədbirdə Azərbaycan və yəhudi xalqları arasında dostluq ənənələrinə uyğun olaraq, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova bu sinaqoqun bərpasına maddi yardım təqdim edib və Azərbaycanın hər zaman dostlarının yanında olduğunu vurğulayıb.

Maddi yardıma görə təşəkkürünü bildirən ravvin David Rozen anti-semitizmin heç zaman olmadığı Azərbaycanın zəngin multikulturalizm ənənələrini təqdir edib, Azərbaycanın ABŞ və İsrailin yaxın tərəfdaşı olmasına görə təşəkkür edib.

Bu fikirlərlə həmrəy olduğunu qeyd edən səfirliyin müşaviri Vüqar Qurbanov yəhudi icmasının Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olması, hər iki xalqın həm çətin, həm də xoş gündə bir-birinə dəstək olduğunu qeyd edib.

İsraildə fəaliyyət göstərən AZİZ təşkilatının rəhbəri Lev Spivak Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri, İsrail-Azərbaycan dostluğunun möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Daha sonra Azərbaycan və yəhudi icmasının nümayəndələri maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə : Sinaqoq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
445

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
377

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 23:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru