Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2018
16:52
Moqerini Rusiya, İran və Türkiyə XİN rəhbərlərinə məktub yollayıb

Avropa Birliyinin xarici məsələlər  və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika  Moqerini  Rusiya, İran və Türkiyə XİN rəhbərlərinə məktub yollayıb. O, bu dövlətlərdən  Suriyada  sülhün təmininə güc sərf edilməsinə çağırıb.

FaktXeber.com-un TASS-a istinadla məlumatına görə, bu barədə onun mətbuat katibi  Ketrin Rey xəbər verib.

«Ali nümayəndənin  Rusiya, İran və Türkiyə XİN rəhbərlərinə məktub yolladığını təsdiq edirəm», - deyə o, bildirib.

«Astana prosesinin zamin ölkələri kimi, BMT TŞ-nın son qətnaməsinin həyata keçirilməsi və Suriyada  deeskalasiya  zonalarının yaradılmasına tədbirlər görülməsi üçün bu ölkələrə 3 məktub yollanıb», - deyə Rey bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : moqerini 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com