Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2018
14:41
Dünyanın ən güclü ordularının YENİ REYTİNQİ - FOTO

ABŞ prezident Donald Tramp vəzifəsinin ilk ili ərzində ölkəsinin hərbi gücünün artırılması ilə bağlı işlər həyata keçirib. Amma ABŞ döyüş gücünü artıarmaq istəyən yeganə ölkə deyil. 2012-ci ildən 2016-cı il arasındakı 5 il ərzində dünyada daha çox silah istehsal edilib. 

Silah satışları kimin öz hərbisini daha çox gücləndirdiyini açıq şəkildə göstərir, amma baş-başa hərbi müqayisə çox çətindir. 

FaktXəbər-in məlumatına görə, "Global Firepower" 2017-ci ilin ən güclü ordularını sıralayıb. 50-dən çox amil nəzərə alınaraq 133 ölkənin hərbi gücü göstərilib.

Reytinqdə hər bir ölkənin sahib olduğu silahların müxtəlifliyi göstərilir və mövcud kadrlara xüsusi diqqət yetirilir. Həmçinin coğrafi mövqe, maddi potensial, mövcud təbii ehtiyatlar və yerli sənayenin vəziyyəti də nəzərə alınır.

Amma bu sıralamada nüvə güclərinin əllərində olan nüvə ehtiyatları nəzərə alınmayıb.

Əgər dənizkənarı ölkələrin donanmasında müxtəliflik yoxdursa, onların reytinqi azaldılır.

NATO ölkələri bir qədər əlavə bonus alırlar. Buna səbəb isə İttifaqın resurslarının teoretik olaraq bölüşdürülməsidir.

Aşağıda dünyanın ən güclü 10 hərbisini görə bilərsiniz:

1. ABŞ

Güc indeks: 0.0857

Əhali: 323.995.528

Ümumi hərbi qulluqçular: 2.363.675

Ümumi təyyarə: 13.762

Qırıcı təyyarə: 2.296

Döyüş tankı: 5.884

Donanma: 415 (19 təyyarədaşıyan)

Müdafiə büdcəsi: 587.8 milyard dollar

2. RUSİYA

Güc indeks: 0.0929

Əhali: 142.355.415

Ümumi hərbi qulluqçular: 3.371.027

Ümumi təyyarə: 3794

Qırıcı təyyarə: 806

Döyüş tankı: 20.216

Donanma: 352 (1 təyyarədaşıyan)

Müdafiə büdcəsi: 44.6 milyard dollar

3. ÇİN

Güc indeks: 0.0945

Əhali: 1.373.541.278

Ümumi hərbi qulluqçular: 3.712.500

Ümumi təyyarə: 2955

Qırıcı təyyarə: 1271

Döyüş tankı: 6457

Donanma: 714 (1 təyyarədaşıyan)

Müdafiə büdcəsi: 161.7 milyard dollar

4. HİNDİSTAN

Güc indeks: 0.1593

Əhali: 1.266.883.598

Ümumi hərbi qulluqçular: 4.207.250

Ümumi təyyarə: 2102

Qırıcı təyyarə: 676

Döyüş tankı: 4.426

Donanma: 295 (3 təyyarədaşıyan)

Müdafiə büdcəsi: 51 milyard dollar

5. FRANSA

Güc indeks: 0.1914

Əhali: 66.836.154

Ümumi hərbi qulluqçular: 387.635

Ümumi təyyarə: 1.305

Qırıcı təyyarə: 295

Döyüş tankı: 406

Donanma: 118 (4 təyyarədaşıyan)

Müdafiə büdcəsi: 35 milyard dollar.

6. İNGİLTƏRƏ

Güc indeks: 0.2131

Əhali: 64.430.428

Ümumi hərbi qulluqçular: 232.675

Ümumi təyyarə: 856

Qırıcı təyyarə: 88

Döyüş tankı: 249

Donanma: 76 (2 təyyarədaşıyan)

Müdafiə büdcəsi: 45.7 milyard dollar.

7. YAPONİYA

Güc indeks: 0.2137

Əhali: 126.702.133

Ümumi hərbi qulluqçular: 311.875

Ümumi təyyarə: 1.594

Qırıcı təyyarə: 288

Döyüş tankı: 700

Donanma: 131 (4 təyyarədaşıyan)

Müdafiə büdcəsi: 43.8 milyard dollar.

8. TÜRKİYƏ

Güc indeks: 0.2491

Əhali: 80.274.604

Ümumi hərbi qulluqçular: 743.415

Ümumi təyyarə: 1.018

Qırıcı təyyarə: 207

Döyüş tankı: 2.445

Donanma: 194

Müdafiə büdcəsi: 8.2 milyard dollar.

9. ALMANİYA

Güc indeks: 0.2609

Əhali: 80.722.792

Ümumi hərbi qulluqçular: 210.000

Ümumi təyyarə: 698

Qırıcı təyyarə: 92

Döyüş tankı: 543

Donanma: 81

Müdafiə büdcəsi: 39.2 milyard dollar.

10. MİSİR

Güc indeks: 0.2676

Əhali: 94.666.993

Ümumi hərbi qulluqçular: 1.329.250

Ümumi təyyarə: 1.132

Qırıcı təyyarə: 337

Döyüş tankı: 4.110

Donanma: 319 (2 təyyarədaşıyan)

Müdafiə büdcəsi: 4.4 milyard dollar.

Digər 15 ölkə sıralaması isə belədir:

11. İtaliya

12.Cənubi Koreya 

13.Pakistan

14.İndoneziya

15.İsrail

16.Vyetnam

17.Braziliya

18.Tayvan

19.Polşa

20.Tailand

21. İran

22. Avstraliya 

23. Şimali Koreya 

24. Saudiyyə Ərəbistanı 

25.Əlcəzair.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ən güclü ordular 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 22:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com